ELM VƏ TƏHSİL
Xüsusi istedada malik uşaqların birinci sinfə qəbulu üçün qeydiyyat yekunlaşıb
Bakı, 16 iyul, AZƏRTAC
Xüsusi istedada malik uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu məqsədilə keçirilən müsahibələrə mektebeqebul.edu.az saytı vasitəsilə aparılan qeydiyyat yekunlaşıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, paytaxtın Nəsimi rayonundakı 42 nömrəli tam orta məktəbdə keçirilən müsahibələrdə 2.420 uşaq iştirak edib. Ümumilikdə bu günədək altı yaşı tamam olmayan 4.736 uşaq üçün mektebeqebul.edu.az saytında qeydiyyatdan keçilib. Müsahibələrdə xüsusi istedada malik uşaqlar dörd meyar üzrə - məntiqi təfəkkürün inkişafı, sadə hesablama bacarıqları, dünyagörüşü və şifahi nitqin inkişafı üzrə yoxlanılır, qiymətləndirilir.
Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki məktəblərə altı yaşı bu il sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqların birinci sinfə qəbulu məqsədilə təşkil edilən müsahibələr iyunun 20-dən keçirilir.