İDMAN


Xüsusi olimpiyaçılarımız III Açıq Milli Oyunlarını uğurla başa vurublar

A+ A

Bakı, 23 sentyabr, AZƏRTAC 

Ukrayna Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Lvovda keçirilmiş III açıq milli oyunları yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, oyunlara Ukraynanın regionlarını, Macarıstan, İsveçrə, Belçika, Polşa, Latviya, Litva və İngiltərəni təmsil edən xüsusi olimpiyaçılar qatılıblar.

Oyunların futbol, basketbol, florbol, üzgüçülük və stolüstü tennis yarışlarında Azərbaycan Xüsusi Olimpiya Komitəsinin 38 idmançıdan ibarət komandası da mübarizə aparıb. Florbol üzrə yığma komandamız yarışların birinci divizionunda birinci olub. Basketbol komandamız birinci divizionda üçüncü yeri tutub. Futbolçularımız isə yarışı birinci pillədə başa vurublar.

Bununla yanaşı, stolüstü tennis yarışında iki idmançımiz çıxış edib. Lamiyə İbrahimova üçüncü, Vəfadar Vəliyev isə beşinci olub. Üzgüçülərimiz isə daha yaxşı nəticə göstəriblər. Estafet yarışlarında da yer alan idmançılarımız bürünc medalla kifayətləniblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.