REGİONLAR


Xüsusi qayğıya ehtiyacı olan uşaqların Yeni il sevinci

Bərdə, 27 dekabr, AZƏRTAC

“İnkişaf Naminə İdman” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Bərdə “Günərzi Qayğı Mərkəzi”ndə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Bərdə şəhər 3 nömrəli tam orta məktəbin şagirdlərinin də qatıldığı bayram tədbirində çıxış edənlər Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə uşaqları təbrik ediblər.

Bayram tədbirində uşaqlar şeirlər söyləyib, səhnəcik göstərib, rəqslər ifa edib, slaydlar vasitəsilə verilən tapmacaları cavablandırıblar. Şaxta baba və Qar qız uşaqları maraqlı çıxışları və sovqatları ilə sevindiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.