MƏDƏNİYYƏT


“Xüsusi təyinatlı İbad 2” filminin xarici ölkələrdə də nümayişi nəzərdə tutulur

Bakı, 11 iyul, AZƏRTAC

“Xüsusi təyinatlı İbad 2” filminin çəkilişləri davam edir.

AZƏRTAC xəbər verir ki, ekran əsərinin bu ilin payızında təqdim edilməsi, respublikanın bütün kinoteatrlarında, habelə xarici ölkələrdə nümayişi nəzərdə tutulur. Filmdə ermənilərin Kür sahilində törətmək istədikləri növbəti terror aktının qarşısının İbad Hüseynov və dəstəsi tərəfindən rəşadətlə alınmasından bəhs edilir. Ekran əsərinin quruluşçu rejissoru Natiq Novruzov, ikinci rejissoru Rəşad Nuri, quruluşçu operatoru Fahir Səmədoğludur. Döyüş səhnələri ilə zəngin filmdə İbad rolunu Elçin Məmmədli canlandırır. Filmdə, həmçinin Xalq Artisti Nurəddin Mehdixanlı, Əməkdar Artist Xalidə Quliyeva, Rəşad Səfərov və başqaları çəkilirlər.

Qeyd edək ki, təqdimatı ötən ilin sonlarında keçirilən “Xüsusi təyinatlı İbad” bədii filmi artıq Goa Beynəlxalq Film Festivalının seçim komitəsinə təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.