İQTİSADİYYAT
YANACAQ VƏ ENERGETİKA SAHƏSİNİN İNKİŞAFI ÜÇÜN KOMPLEKS TƏDBİRLƏR PLANI HAZIRLANMIŞDIR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu sənəd Azərbaycanın sosial–iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin noyabrın 17-də Nazirlər Kabinetinin ilk iclasındakı nitqindən və noyabrın 24-də imzaladığı müvafiq Fərmandan irəli gələn vəzifələri həyata keçirmək üçün tərtib olunmuşdur. Proqramda yanacaq–energetika sahəsinin “Azərenerji”, “Azəriqaz” səhmdar cəmiyyətləri və Dövlət Neft Şirkəti kimi aparıcı müəssisələrinin müvafiq təklifləri ilə yanaşı, dünyanın bir sıra inkişaf etmiş dövlətlərinin təcrübəsi də öz əksini tapmışdır. Burada neft-qaz sənayesinin yeni inkişaf mərhələsində görüləcək genişmiqyaslı işlər, o cümlədən “Qarabağ” və “Əşrəfi” yataqlarında yeni platformaların quraşdırılması, “Günəşli” yatağında hasilatın sürətləndirilməsi, elektroenergetikanın istehsal gücünün artırılması, bir sözlə, sahənin müasir standartlara uyğun və hərtərəfli inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.
Proqramın reallaşacağı təqdirdə 100 minə yaxın yeni iş yeri açılacaqdır.