ELM VƏ TƏHSİL
YAPONİYA ŞİRKƏTİNİN NÜMAYƏNDƏLƏRİ AMEA-NIN İNFORMASİYA TEXNOLOGİYALARI İNSTİTUTUNDA OLMUŞLAR
Akademiyadan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, görüş zamanı institutun direktoru, texnika elmləri doktoru Rasim Əliquliyev rəhbərlik etdiyi elm müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, institut NATO-nun elm şöbəsinin “Virtual İpək Yolu” layihəsində iştirak edir və bu layihə çərçivəsində elmi-tədqiqat təşkilatlarına və ali təhsil ocaqlarına daimi şəbəkə xidmətləri göstərir.
O, eyni zamanda, informasiya texnologiyaları sahəsi üzrə ölkəmizdə həyata keçirilən tədbirlərdən bəhs etmişdir.
Sonra bu elm müəssisəsində görülən işlərlə bağlı fikir mübadiləsi aparılmış, qonaqlar institutun tədris mərkəzi ilə tanış olmuşlar.
Görüşdə Yaponiyanın Azərbaycandakı səfirliyinin attaşesi Kenci Şinoxara iştirak etmişdir.