REGİONLAR


YAP Binəqədi Rayon Təşkilatının nümayəndə heyəti Naxçıvana səfər edib

A+ A

Naxçıvan, 17 noyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 24-cü ildönümü ilə əlaqədar partiyanın Binəqədi rayon təşkilatının nümayəndə heyəti Naxçıvana səfər edib.

AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər. Sonra nümayəndə heyəti YAP-ın təsis konfransının keçirildiyi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında olublar. Burada qeyd olunub ki, 1992-ci il noyabrın 21-də Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında ölkənin ayrı-ayrı bölgələrindən cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən 550 nəfərdən çox nümayəndənin iştirakı ilə YAP-ın təsis konfransı keçirilib. Konfransda dahi rəhbər Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilib, təşkilatın Nizamnaməsi və Proqramı qəbul olunub.

Qonaqlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fonduna gələrək fondun fəaliyyəti ilə tanış olub, ictimai işlərdə fəallıq göstərən gənclərlə görüşüblər.

Nümayəndə heyəti “Naxçıvan” Universiteti, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi və Duzdağ Fizioterapiya Mərkəzi ilə də tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.