CƏMİYYƏT


YAP Səbail rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı təsis edilib

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

İyulun 18-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının Səbail rayon, Əhməd Cavad 12 ünvanında yeni ərazi ilk partiya təşkilatının təsis edilməsi ilə bağlı iclas keçirilib.

İclasda YAP icra katibinin müavini Mübariz Qurbanlı, partiyanın Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, partiya üzvləri iştirak ediblər.

Mübariz Qurbanlı ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının xalqımızın və ölkəmizin həyatında mühüm rolu olduğunu, yarandığı gündən bu günə kimi siyasi mübarizələrlə dolu şərəfli bir yol keçdiyini bildirib. O, məhz bu partiyanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin mütərəqqi bir dövlətə çevrildiyini, xalqımızın daha firavan həyata qovuşduğunu vurğulayıb.

Şəmsəddin Hacıyev müasir Azərbaycanın müstəqillik tarixinin uğurlarının Yeni Azərbaycan Partiyasının yaradıcısı ümummilli lider Heydər Əliyevin, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu deyib. O, Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası olaraq Azərbaycanın inkişafı naminə çalışdığını söyləyib.

İclasda ilk partiya təşkilatı təsis edilib və Əhməd Cavad 12 yeni ərazi ilk partiya təşkilatına Səyyad Salahlı sədr seçilib.

Daha sonra yeni təsis edilən Əhməd Cavad 12 ilk partiya təşkilatının sədr müavini və katibi seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.