REGİONLAR


YAP Yevlax şəhər təşkilatında referendumla əlaqədar ilkin təşəbbüs qrupu yaradılıb

A+ A

Yevlax, 29 iyul, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax şəhər təşkilatında Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı sentyabrın 26-da keçiriləcək referendumla əlaqədar ilkin təşəbbüs qrupu yaradılıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən yığıncaqda çıxış edən YAP Yevlax şəhər təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı ilə bağlı məlumat verib.

Sonra YAP Yevlax şəhər təşkilatının Aparat rəhbəri Əli Quliyev referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılmasının texniki tərəfləri barədə danışıb.

Çıxışlardan sonra səsvermə ilə 57 nəfərlik referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb və "Yeni Azərbaycan" təşəbbüs qrupunda təmsil olunmaq üçün 5 nəfər nümayəndə müəyyənləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.