CƏMİYYƏT


YAP bir qrup əsgər və zabitin ailə üzvləri ilə birgə yay istirahətinin təşkili kampaniyasına başlayıb

A+ A

Bakı, 11 iyul, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan Respublikası Silahlı Qüvvələrinə ümumxalq inamının və dəstəyinin əyani ifadəsi olaraq növbəti dəstək aksiyasını həyata keçirmək barədə qərar qəbul edib.

YAP-ın təşəbbüsü və vəsaiti hesabına Müdafiə Nazirliyinin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahətinin təşkili kampaniyasına start verilib.

Bu ilin aprelində erməni işğalçıları tərəfindən törədilən azğın təxribatların qarşısını igidliklə almış və düşmən həmlələrinə layiqli cavab vermiş Silahlı Qüvvələrin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birgə yay istirahəti Lənkəran rayonu ərazisində yerləşən “Palıdlı sahil” istirahət mərkəzində təşkil edilib. Bu kampaniya mərhələli şəkildə yay mövsümünün sonuna qədər davam edəcək.

Yeni Azərbaycan Partiyası tərəfindən atılmış bu vətənpərvər addım Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, onun əsgər və zabit heyətinə ümumxalq inamının və dəstəyinin, ordu və xalqın möhkəm birliyinin əyani ifadəsidir.

YAP bundan əvvəl də dəfələrlə müxtəlif formalarda, o cümlədən xeyriyyə tədbirləri təşkil etməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna vəsaitlər köçürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.