MƏDƏNİYYƏT


YARAT Film Klubu “Hədiyyə” adlı ekran əsərini təqdim edib

A+ A

Bakı, 31 avqust, AZƏRTAC

YARAT Film Klubu kinosevərlərə “Hədiyyə” adlı ekran əsərini təqdim edib.

AZƏRTAC xəbər verir ki, dram janrında olan filmin rejissoru Emin Əfəndiyevdir. Ekran əsəri yeni ailə həyatı qurmuş iki gəncin sevgisindən bəhs edir. Bu gənclər özlərini cəmiyyətdə hələ tapmayıblar. Lakin onlar sevgiləri uğrunda öz həyatlarını belə qurban verməyə hazırdırlar.

Filmin ssenari müəllifi Yusif Şeyxov, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Baş rollarda Xalq Artisti Şamil Süleymanlı, aktyorlar Qorqud Cəfərli və İlahə Həsənova çəkiliblər.

Xronometrajı 30 dəqiqə olan film Azərbaycan dilində nümayiş olunub. Ekran əsəri maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.