MƏDƏNİYYƏT
“YARAT” Film Klubunda “Kənarda” qısametrajlı filmi nümayiş olunacaq
Bakı, 11 yanvar, AZƏRTAC
Yanvarın 17-də “YARAT” Müasir İncəsənət Mərkəzində gənc kinorejissor Cavid Zaidovun ekranlaşdırdığı “Kənarda” qısametrajlı filmi nümayiş olunacaq.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, ingilis dilində təqdim olunacaq filmin nümayişində hər kəs iştirak edə bilər. Ekran əsəri 1912-ci ildə Cənub qütbünə səfər edən Britaniya ekspedisiyasının son günlərindən bəhs edir. Dörd nəfərlik ekspedisiyanın rəhbəri Robert Skottdur. Onlar Antarktidanın sonsuz səhrasında çətinliklərlə mübarizə aparırlar. Tədqiqatçılardan biri - ciddi zədə almış və donmuş Titus Uots mənəvi seçim qarşısındadır.
“YARAT” Film Klubunun təşkil etdiyi ekran əsərinin xronometrajı 15 dəqiqədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [18:43]
“Ulu Öndərin işığında” kitabının təqdimatı olub
- 08.05.2024 [18:27]
“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb
- 08.05.2024 [17:17]