MƏDƏNİYYƏT


“YARAT Freestyle” proqramı çərçivəsində yoqa festivalına başlanılıb VİDEO

Bakı, 23 iyul, Flora Şükürova, AZƏRTAC

“YARAT” Müasir İncəsənət Mərkəzi Dənizkənarı Bulvar İdarəsi ilə birgə “YARAT Freestyle” proqramı çərçivəsində iyulun 23-də açıq havada genişmiqyaslı yoqa festivalına start verib.

AZƏRTAC xəbər verir ki, Bayıl bulvarında reallaşan festivalın əsas məqsədi sağlam həyat tərzini təbliğ etməkdir.

Festival səhər saat 10:00-da açıq səma altında kütləvi yoqa məşqləri ilə başlayıb. Gün ərzində müxtəlif tədbirlərin də təşkil olunacağı nəzərdə tutulur. Belə ki, Xəzər dənizi sahilində yaşıl qazon üzərində peşəkar müəllimlərlə birgə yoqa məşqləri, uşaqlar üçün ustad dərsləri, musiqiçilərin çıxışları, alovlu şou, “FLY yoqa” təşkil olunacaq, iştirakçılara sağlam qida veriləcək.

Festivalın proqramına əsasən, saat 10:00-dan 10:40-dək yaşıl qazonda yoqa, 11:00-dan 19:00-dək 6 yaşdan yuxarı uşaqlar üçün meditasiya təcrübələri, əyləncə və ustad dərsləri, vegeterian yeməkləri guşəsi, “FLY yoqa”, saat 13:00-dan 15:00-dək vegetarian mətbəxi təşkil ediləcək.

Festivalın iştirakçıları "Yoga Shahi" studiyası, "The Art Of Living" Beynəlxalq Fondu, "Chandramukhi" hind rəqs studiyası və "Sevimli bala" uşaq təşkilatıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.