MƏDƏNİYYƏT
“YARAT Friends” üzvlük platforması uğurlarını bölüşüb
Bakı, 13 yanvar, AZƏRTAC
“YARAT” Müasir İncəsənət Mərkəzinin “YARAT Friends” üzvlük platforması ilin yekunları ilə bağlı tədbir təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “YARAT” Müasir İncəsənət Mərkəzinin bədii direktoru Bjorn Geldhof çıxış edərək “YARAT Friends” icmasının əhəmiyyətindən danışıb.
Daha sonra platformanın və eyni zamanda PR departamentinin direktoru Hökumə Kərimova ilin yekun hesabatı haqqında məlumat verib.
Tədbir gənc ifaçılar tərəfindən təqdim olunan konsert proqramı ilə davam edib. Konsert çərçivəsində bir-birindən maraqlı rəqs nömrələri də təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:52]
Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər
- 23.04.2024 [13:52]