MƏDƏNİYYƏT


“YARAT Friends” yeni mövsümü açıq elan edib

A+ A

Bakı, 27 avqust, Flora Şükürova, AZƏRTAC

Müasir incəsənətsevərləri bir araya toplayan və YARAT Müasir İncəsənət Məkanının nəzdində fəaliyyət göstərən “YARAT Friends” üzvlük platforması yay tətilinə yekun vuran musiqili tədbir ilə yeni mövsümü açıq elan edib.

AZƏRTAC xəbər verir ki, proqram incəsənətə həvəsi olan, onu dəstəkləmək istəyən korporativlər və fərdlər üçün platformanın üzvü olmaqla yanaşı, tədbirlərdə daha da yaxından iştirak etmək imkanı yaradır.

Fəaliyyətdə olduğu qısa müddət ərzində müasir incəsənət vurğunları üçün həyata keçirdiyi bir sıra tədbirləri ilə yaddaqalan platforma, bundan sonrakı fəaliyyət istiqaməti, cəmiyyətin bütün kateqoriyalarına fokuslanmış yeni proqram strategiyası və bir sıra yeni imkanlarını təqdim edib.

Tədbirdə YARAT mərkəzinin PR direktoru və “YARAT Friends” üzvlük platformasının rəhbəri Hökümə Kərimova çıxış edərək bildirib ki, layihənin məqsədi platforma üzvlərinin cəmiyyətimizə birlikdə töhfə vermək və müasir incəsənət anlayışını daha geniş kütləyə çatdırmaqdan ibarətdir.

Bildirilib ki, tədbirin bədii proqramı platformanın aktiv üzvü Sevinc Ağasıyeva tərəfindən hazırlanıb.

Qeyd edək ki, “YARAT Friends” Azərbaycanda şirkətlər və fərdi şəxslərin üzvlüyü əsasında formalaşan unikal platforma olub, məqsədi müasir incəsənət anlayışının daha da geniş müstəviyə çatdırmaq və müasir incəsənət həvəskarlarından ibarət icma yaratmaqdan ibarətdir. Platforma öz üzvlərinə kurator və rəssamların iştirakı ilə eksklüziv turlar, yalnız üzvlər üçün təşkil olunan tədbirlər, xüsusi mərasimlərə dəvətnamələr, eləcə də platformaya məxsus, xüsusi “İncəsənətlə səyahət” proqramı kimi əlavə imkanlar və üstünlüklər təklif edir.

Proqram sentyabrdan başlayaraq geniş müstəvidə fəaliyyətdə olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.