MƏDƏNİYYƏT


YARAT Müasir İncəsənət Məkanında Əməkdar Artist Cabir İmanovla görüş keçiriləcək

A+ A

Bakı, 11 avqust, AZƏRTAC

Avqustun 25-də YARAT Müasir İncəsənət Məkanında Əməkdar Artist Cabir İmanovla görüş keçiriləcək.

AZƏRTAC YARAT Müasir İncəsənət Məkanının “facebook”dakı səhifəsinə istinadla bildirir ki, görüş “Weekly Talk” layihəsi çərçivəsində baş tutacaq.

Görüşdə kino və mədəniyyət sahəsinə dair bir sıra maraq doğuran məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, aktyor indiyədək “Qorxma, mən səninləyəm! 1919”, “Məşədi İbad 94”, “Qraf Krestovski” , “Məhəllə 2”, “Etimad telefonu”, “Bir anın həqiqəti”, “Tam məxfi” və başqa filmlərə çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.