MƏDƏNİYYƏT


YARAT Müasir İncəsənət Məkanında Əməkdar Artistlə görüş

A+ A

Bakı, 26 avqust, Flora Şükürova, AZƏRTAC

YARAT Müasir İncəsənət Məkanında Əməkdar Artist Cabir İmanovla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş “Weekly Talk” layihəsi çərçivəsində baş tutub.

Cabir İmanov YARAT Mərkəzində “Müqavimət haqqında 300 söz” sərgisində nümayiş olunan, realizm üslubunun ən görkəmli rəssamlarından olan Tahir Salahovun "Analara ithaf" (1986) əsəri barədə fikirlərini bölüşüb. O, rəssamın yaradıcılığı, həyat yolu və əsərin ifadə etdiyi mənadan danışıb. Həmçinin, mövzu ilə əlaqədar suallar cavablandırıb.

Qeyd edək ki, aktyor indiyədək “Qorxma, mən səninləyəm! 1919”, “Məşədi İbad 94”, “Qraf Krestovski” , “Məhəllə 2”, “Etimad telefonu”, “Bir anın həqiqəti”, “Tam məxfi” və başqa filmlərdə rol alıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.