MƏDƏNİYYƏT


“YARAT” Müasir İncəsənət Məkanında “Şüşə ev” filmi nümayiş olunacaq

Bakı, 9 iyun, AZƏRTAC

İyunun 13-də “YARAT” Müasir İncəsənət Məkanında “Şüşə ev” filmi nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, film incidilmiş, yoxsulluğa düçar olmuş və evdən qaçmış 4 qızın həyat hekayəsindən bəhs edir. Həmin qızlar Marcane Halati tərəfindən təsis edilmiş özəl sığınacaqda məskunlaşıblar. Hadisələr Tehran küçələrində və Omid-e-Mehr reabilitasiya mərkəzində cərəyan edir. Həmin bu mərkəz getməyə yeri olmayan 15-25 yaşlı qızlara sığınacaq verir.

Film ingilis alt yazıları ilə fars dilində nümayiş olunacaq.

Filmin nümayişi yerli gender ekspertlərinin aparacağı müzakirə ilə davam edəcək.

Qeyd edək ki, filmin nümayişi Equals assosiasiyasının dəstəyi ilə təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.