MƏDƏNİYYƏT


YARAT Müasir İncəsənət Məkanında  balacalar üçün əyləncə festivalı təşkil ediləcək

A+ A

Bakı, 10 avqust, AZƏRTAC

Sentyabrın 10-da YARAT Müasir İncəsənət Məkanında “Uçmağı bizimlə öyrən” adlı uşaq əyləncə festivalı təşkil olunacaq.

AZƏRTAC YARAT Müasir İncəsənət Məkanın “facebook”dakı səhifəsinə istinadla bildirir ki, festival uşaqlara yaratmağı öyrətmək, onların gələcəyinin daha da parlaq olmasına çalışmaq məqsədi daşıyır.

Belə ki, festival çərçivəsində balaca fidanları macəra və həyəcan dolu bir gün gözləyir. Cəmi bir neçə saat ərzində balacalar qeyri-adi vazalar və bəzək əşyaları hazırlamağı öyrənəcəklər.

Həmçinin, uşaqlara meyvə, tərəvəzlərdən ləzzətli və sağlam yeməklər hazırlamağın yolları da öyrədiləcək.

Bunla yanaşı, balacalar festivalda musiqi və cizgi filmləri ilə bayram əhval-ruhiyyəsi də yaşayacaqlar.

Festivala giriş sərbəstdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.