MƏDƏNİYYƏT


YARAT Müasir İncəsənət Məkanında canlı musiqi

A+ A

Bakı, 24 avqust, AZƏRTAC

Avqustun 31-də YARAT Müasir İncəsənət Məkanında canlı musiqi axşamı təşkil olunacaq.

AZƏRTAC qurumun “facebook” səhifəsinə istinadla bildirir ki, bu dəfə gecənin qonağı Azərbaycan və Fransa musiqisinin mahir ifaçısı, Fransada “Səs 2016” mahnı müsabiqəsinin iştirakçısı, bəstəkar Araz Hümbətli olacaq.

Gənc ifaçının əsas musiqi istiqaməti psixodelik etno-fyujn janrıdır və o, böyük müvəffəqiyyətlə öz milli musiqisini xarici ölkələrdə də ifa edir.

“Red Sky” adlı rok qrupunun yaradıcısı və rəhbəri kimi də tanınan A.Hümbətovun fikrincə ifa etdiyi musiqi janrı insana dəruni səyahət təcrübəsi üçün imkanlar yaradır.

Qeyd edək ki, iştirak etmək istəyənlər üçün giriş sərbəstdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.