MƏDƏNİYYƏT


YARAT Müasir İncəsənət Məkanında müasir fəlsəfədə insan probleminə dair müzakirələr aparılıb

A+ A

Bakı, 18 avqust, Flora Şükürova, AZƏRTAC

YARAT Müasir İncəsənət Məkanının təşkil etdiyi növbəti tədbir “Müasir fəlsəfədə insan və onun həyat təbəddülatları” mövzusuna həsr olunub.

YARAT Müasir İncəsənət Məkanından AZƏRTAC-a bildirilib ki, tədbirin qonağı fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub olub. “Müasir fəlsəfədə insan və onun həyat təbəddülatları” mövzusunda təşkil olunan tədbirdə müzakirələr aparılmaqla yanaşı, Azərbaycan ədiblərinin mövzu ilə bağlı şeirləri səsləndirilib.

Görüşdə “Müasir fəlsəfə nədir və müasir fəlsəfədə insan əsasdırmı?”, “İnsan təkdirmi?”, “İnsan nədən pessimist olur?”, “Müasir fəlsəfədə insanın daxili çəkişmələri necə təhlil olunur?”, “Müasir Azərbaycan ədəbiyyatında insanın sıxıntıları necə təhlil olunur?” və digər suallar ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.