MƏDƏNİYYƏT


YARAT Müasir İncəsənət Məkanında müasir incəsənət haqqında fikirləri bölüşmək məqsədilə görüş təşkil olunacaq

A+ A

Bakı, 4 avqust, Ceyhun Alışlı, AZƏRTAC

YARAT Müasir İncəsənət Məkanı müasir incəsənət haqqında fikirləri bölüşmək və bu istiqamətdə müzakirələr aparmaq məqsədilə növbəti görüş təşkil edir.

AZƏRTAC YARAT Müasir İncəsənət Məkanının “facebook”dakı səhifəsinə istinadla bildirir ki, avqustun 17-də baş tutacaq tədbirin qonağı fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub olacaq.

“Müasir fəlsəfədə insan və onun həyat təbəddülatları” mövzusunda təşkil olunacaq tədbirdə müvafiq mövzularda müzakirələr aparılmaqla yanaşı, Azərbaycan ədiblərinin sözügedən mövzuda yazdığı şeirlər də səsləndiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.