MƏDƏNİYYƏT


YARAT Müasir İncəsənət Məkanında müasir incəsənətə həsr olunmuş növbəti tədbir

A+ A

Bakı, 22 avqust, AZƏRTAC

Avqustun 26-da YARAT Müasir İncəsənət Məkanında müasir incəsənətə həsr olunmuş “YARAT Freestyle: 2 Point Perspective” adlı tədbir təşkil olunacaq.

AZƏRTAC YARAT Müasir İncəsənət Məkanının “facebook” səhifəsinə istinadla bildirir ki, tədbir gənc rəssamlar Emin Mathers və Orxan Məmmədin iştirakı ilə keçiriləcək.

Layihənin devzi belədir : Səslərin beyin tərəfindən fiziki emalı, ətraf aləmi öyrəndikcə, beynin strukturunda müəyyən izlər qoyur. Nəticə etibarilə, bəşəriyyət və qanunlar, habelə strukturların platonik hökmranlığı qəbul edilir. Amma, təbii qanunlar və onlarla şərtləndirilən mühit, sanki təfəkkürü formalaşdırır və özündə saxlayır, son olaraq təfəkkür onların hamısını özündə cəmləşdirir. Kimyəvi proseslər, artan və yox olan, daşan və buxarlanan, əriyən və təkrar kristallaşan elementlərin sonsuz rəqsini ifa edir və bütün bunlar səs və təsvirin mükəmməl sinxronizasiyalı sintezini yaradır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.