MƏDƏNİYYƏT


YARAT Müasir İncəsənət Məkanında tələbə rejissorların ekranlaşdırdığı filmlər nümayiş olunacaq

Bakı, 12 avqust, AZƏRTAC

Avqustun 16-da YARAT Müasir İncəsənət Məkanında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, gənc rejissorlar Məhəmməd Nəsirli və Orxan Rüstəmlinin ekranlaşdırdığı üç qısametrajlı film nümayiş olunacaq.

AZƏRTAC YARAT Müasir İncəsənət Məkanının “facebook” səhifəsinə istinadla bildirir ki, “Ümid”, “Həqiqət” və “Hədiyyə” adlı ekran əsərləri Azərbaycan dilində təqdim olunacaq. Filmlərdə ailə məişət sıxıntıları, müharibə illərinin yaşatdığı problemlər və Qarabağ müharibəsi zamanı yaşananlar ön plana çəkilir.

Qeyd edək ki, giriş sərbəstdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.