MƏDƏNİYYƏT


YARAT Müasir İncəsənət Məkanında tələbə rejissorların ekranlaşdırdığı üç film nümayiş olunub

A+ A

Bakı, 17 avqust, AZƏRTAC

YARAT Müasir İncəsənət Məkanında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, gənc rejissor Məhəmməd Nəsirli və Orxan Rüstəmlinin ekranlaşdırdığı üç qısametrajlı filmə baxış keçirilib.

AZƏRTAC xəbər verir ki, “Ümid”, “Həqiqət” və “Hədiyyə” adlı ekran əsərləri tamaşaçılara Azərbaycan dilində təqdim olunub.

Filmlərdə ailə məişət sıxıntıları, müharibə illərinin yaşatdığı problemlər və Qarabağ müharibəsi zamanı yaşananlar ön plana çəkilir. Belə ki, “Ümid” filmi gənc oğlan tərəfindən hörmətsizlik olunan qocaman veteranın bu xoşagəlməz hadisədən sonra məyus olub keçdiyi müharibə dövrünü, cavanlıq illərini xatırlamasından bəhs edir. “Həqiqət” filmində isə hadisələr Bakıdan Qarabağa gələn jurnalistin baş verən hadisələri xalqa və dünyaya çatdırmaq istəyi ətrafında cərəyan edir. “Hədiyyə” filmində isə Balaca Muradın həyat hekayəsi nəql olunur. Ekran əsərinin qəhrəmanı, körpə ikən atasını itirən 10 yaşlı Murad həyatın bütün çətinliklərini öz kiçik çiyinlərində daşıyır, yataq xəstəsi olan anasına və kiçik bacısına baxır.

Qeyd edək ki, xronometrajı müvafiq olaraq 5, 23 və 6 dəqiqə olan filmlər maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.