MƏDƏNİYYƏT


YARAT Müasir İncəsənət Məkanında uşaqlar üçün rəsm dərsləri keçiriləcək

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

YARAT Müasir İncəsənət Məkanı uşaqlar üçün rəsm dərslərini davam etdirir.

AZƏRTAC YARAT Müasir İncəsənət Məkanının “facebook” səhifəsinə istinadla xəbər verir ki, avqustun 20-də keçiriləcək dərslərdə 3-15 yaşlı uşaq və yeniyetmələr iştirak edə bilər.

Bu dəfə rəsm dərsləri gənc rəssam Nigar Quliyevanın rəhbərliyi ilə aparılacaq.

Bu dərslərdə balacalar həm əylənəcək, həm də maraqlı əl işləri hazırlamaq imkanı əldə edəcəklər.

İki gün davam edəcək dərslər ödənişsizdir.

Qeyd edək ki, sözü gedən layihə YARAT Müasir İncəsənət Məkanında ənənəvi olaraq hər həftənin son iki günü keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.