MƏDƏNİYYƏT
YARAT Müasir İncəsənət Mərkəzi təcrübə proqramına başlayır
Bakı, 24 sentyabr, AZƏRTAC
YARAT Müasir İncəsənət Mərkəzi inzibatı işlərdə təcrübə əldə etmək üçün 18-25 yaş arasında tələbə və məzunları üç aylıq təcrübə proqramına dəvət edir.
AZƏRTAC xəbər verir ki, təcrübə proqramı oktyabrdan başlayacaq. Təcrübə müddəti üç ay, həftədə beş iş günü, saat 10:00-14:00 və 14:00-19:00 arasında olacaq.
Seçilmiş namizədlər təcrübə müddətində işçi heyətin üzvləri kimi YARAT-ın gündəlik iş proseslərinə fəal surətdə cəlb olunacaqlar. Təcrübəçilərin gündəlik nəqliyyat və qida tələbatını ödəmək üçün onlara müvafiq məbləğdə təqaüd veriləcək. İştirakçılardan təşkilatçılıq, yazışma və ünsiyyət qurma bacarığı, diqqətcil olmaq, dinləmə bacarığı, tez qavrayan və analitik düşüncəyə malik olmaq, kompyuter və ofis proqramları ilə işləmə bacarığı tələb edilir. İştirakçılar, həmçinin Azərbaycan və rus dillərini yüksək səviyyədə bilməlidirlər.
Seçilmiş namizədlərə təcrübə proqramına başlamazdan əvvəl YARAT tərəfindən daxili qaydalar üzrə təlimlər keçiriləcək.
İştirak etmək istəyənlər [email protected] elektron ünvanına müraciət edə bilərlər.