MƏDƏNİYYƏT


YARAT Müasir İncəsənət Mərkəzində “Front” adlı interaktiv performans təqdim olunacaq

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Oktyabrın 1-də YARAT Müasir İncəsənət Mərkəzində danimarkalı rəssam Kristian Falsnaesin “Front” adlı interaktiv performansı təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, performans Kristian Falsnaesin yaradıcılığının əsasını təşkil edir. Onun tədqiqat obyekti və səhnəciklərinin əsas “materialı” insandır. Rəssamın çıxışları canlı və ya video şəklində, tamaşaçıların iştirakı ilə və ya onlarsız təqdim edilir. Danimarkalı rəssam tamaşaçıların fəal iştirakı ilə yaratdığı teatral, hətta çox vaxt absurd performanslarında “Bu an baş verənləri, bu anı biz uzun zamandır gözləyirdik!” kimi ruhlandırıcı sözlərlə coşqunluq yaradır.

“Front” iri həcmli qurğuların davamlı olaraq spreylə boyandığı, parçalanaraq şəhər içində nümayiş etdirildiyi, daha sonra isə yenidən qurularaq yeni forma aldığı kollektiv performansdır. Rəssam üzərinə rejissor rolunu götürərək, təlimatları ilə səhnə və tamaşaçılar arasındakı estetik səddi aradan qaldırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.