MƏDƏNİYYƏT


“YARAT” Müasir İncəsənət Mərkəzində azərbaycanlı rəssamın fərdi sərgisi keçiriləcək

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

Noyabrın 11-də “YARAT” Müasir İncəsənət Mərkəzində azərbaycanlı rəssam Faiq Əhmədin “Nə var, odur” adlı fərdi sərgisi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, sərgidə ənənəvi Azərbaycan icmalarında gender münasibətləri və sosial strukturları araşdıran altı yeni monumental əsər nümayiş etdiriləcək.

Faiq Əhməd Azərbaycanın ənənəvi xalçaçılıq sənətinə söykənən və köklü transformasiyalar edən toxunma əsərləri ilə tanınır. O, paytaxt Bakıdan kənarda yaşayan azərbaycanlıların sosial mühitinin araşdırılmasından qaynaqlanan yeni silsilə əsərlər yaratmağa başlayıb.

Sərginin adı (“Nə var, odur”), təmkinlik hissini, keçmişdə uzun illər hər şeyin “necə var, elə” qəbul edilməsinə yanaşmanı vurğulayan qədim Azərbaycan kəlamından götürülüb. Bu, həyatla razılaşmağı və barışmağı ifadə edən mental durumdur.

Rəssamın ayrı-ayrı region səfərlərində apardığı müsahibə və söhbətlər, yeni əsərlərinə özünəməxsus sətiraltı şərhlərdir və həmin əsərlərdə ənənəvi Azərbaycan cəmiyyətinə xas olan rəmzi jestlər, ayinlər və inanc obyektlərinin ab-havası duyulur. Faiqin əsərləri - yox olan mədəniyyət normalarının dərk edilməsi istiqamətində qətiyyətli çağırışdır. Həmin əsərlər büsbütün qəm-qüssədən azad olmaqla yanaşı, Asiya və Avropanın, Şərq və Qərbin kəsişmələrində yer alan adət-ənənələri “Şərq təcrübələri” kimi qələmə verir. Bu isə seksuallıq və ölüm ilə ənənəvi münasibətləri araşdıran, sosial qadağalara və fərdi travmalara ünvanlanan yeni heykəllər, filmlər, rəsmlər və toxunma əsərlər silsiləsi ilə nəticələnir. Qeyd edək ki, sərginin kuratoru Björn Geldhofdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.