MƏDƏNİYYƏT


“YARAT” Müasir İncəsənət Mərkəzində tanınmış aktyorla görüş olacaq

Bakı, 29 iyul, AZƏRTAC

Avqustun 2-də “YARAT” Müasir İncəsənət Mərkəzində Xalq Artisti Fəxrəddin Manafovla görüş keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Milli Kino Gününə həsr edilmiş görüşdə kinomuzun bugünkü vəziyyəti, habelə bu sahədə maraq doğuran digər mövzular müzakirə ediləcək.

Həmin gün qonaqlar aktyorun rol aldığı “Təhminə” filmini izləyəcəklər. Ekran əsərinin nümayişindən sonra filmdəki ssenari və cərəyan edən hadisələr birlikdə təhlil olunacaq.

Qeyd edək ki, görüşdə hər kəs iştirak edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.