MƏDƏNİYYƏT


“YARAT” Müasir İncəsənət Mərkəzində ustad dərsləri keçiriləcək

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

Dekabrın 8-də “YARAT” Müasir İncəsənət Mərkəzində gənc vokalçı Emin Eminzadə tərəfindən pop və caz vokal janrının təbliğinə həsr olunmuş ustad dərsləri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə reallaşacaq. Ustad dərsində iştirak etmək istəyənlər [email protected] ünvanına müraciət edə bilərlər.

Gənc ifaçı iştirakçılarla Avropa və ABŞ-da peşəkar musiqi seminarları və tədbirləri zamanı əldə etdiyi təcrübə və biliklərini bölüşəcək. Özünə və səs imkanlarına güvənən bütün həvəskar ifaçılar təlim prosesinə qatıla bilərlər. Belə ki, ustad dərslərində iştirakçılara nəfəs ilə səlis işləmək üçün məşqlər, səs telləri ilə düzgün və lazımlı davranış, ifaçılara mahnı seçimi barədə məsləhətlər, ingilis dilində olan mahnı sözlərinin monoloq formasında çıxışı, ifaçılıq qaydaları və səhnə hərəkəti ilə vokal əlaqələri təhlil edilərək çatdırılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.