Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

“YARAT” Müasir İncəsənət Mərkəzinin kolleksiyasından olan əsərlərin Mingəçevirdə nümayişinə başlanılıb

Mingəçevir, 5 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

“YARAT” Müasir İncəsənət Mərkəzi oktyabrın 5-də Mingəçevir şəhərində “Zamanın izləri” adlı səyyar sərgi təşkil edib.

AZƏRTAC xəbər verir ki, Mingəçevir Dövlət Rəsm Qalereyasında təşkil olunan sərginin açılış mərasimində “YARAT” Müasir İncəsənət Mərkəzinin icraçı direktoru Fərid Abdullayev, təşkilatın əlaqələndiricisi, almaniyalı Anna Fech, ictimaiyyətlə əlaqələr departamentinin direktoru Hökumə Kərimova, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək ölkəmizdə incəsənətin inkişafına göstərilən qayğıdan, gənclərin bu sahəyə marağının artmasından danışıblar. Bildirilib ki, 2011-ci ildə Aida Mahmudova tərəfindən təsis olunan “YARAT” qeyri-kommersiya təşkilatı Azərbaycanda müasir incəsənətin inkişafı və onun ictimaiyyət tərəfindən dərk olunması sahəsində fəaliyyət göstərir, habelə ölkə daxilində və beynəlxalq səviyyədə Azərbaycan incəsənətinin təmsil olunması ilə məşğuldur. Bakıda yerləşən və adı “yaratmaq” sözündən əmələ gələn “YARAT” təşkilatının əsas fəaliyyətini sərgi proqramları, təhsil tədbirləri və festivallar təşkil edir. “YARAT” yerli və beynəlxalq incəsənət şəbəkələri, o cümlədən müxtəlif fondlar, sərgi salonları və muzeylər arasında dialoqun qurulması və təcrübə mübadiləsinin həyata keçirilməsi sahəsində çalışır.

Qeyd edilib ki, “YARAT”ın həyata keçirdiyi təhsil proqramları silsiləsi qlobal səviyyədə mədəniyyətlərarası dialoqun və əməkdaşlığın yaranması üçün imkan yaradır. “YARAT” gənc və istedadlı nəslin motivasiyası və inkişafına istiqamətləndirilmiş peşəkar platformanın yaradılması, incəsənət institutlarının tələbə və məzunlarına “ARTIM Young Artists Project” adlı layihə vasitəsi ilə dəstək verməsini öz öhdəsinə götürür.

Tədbirdə məlumat verilib ki, “Zamanın izləri” adlı sərgidə film və fotoqrafiya üzrə çalışan gənc rəssamlar ətrafda hər dəqiqə baş verənləri müşahidə etmək üçün yeni üslublar təklif edir və sadə anlayışın ətrafında dolanırlar. Ekspozisiyaya daxil olan əsərlər “YARAT” Müasir İncəsənət Mərkəzinin daimi kolleksiyasının bir hissəsidir. Sərgidə 10 rəssamın əsərləri nümayiş olunur. Sərgi nəzərdən qaçırılmış və istənilmədən unudulmuş gündəlik həyatımızın bayağılığını dəyərləndirməyə çağırır.

Sənan Ələsgərovun “Sadəliyin şəffaflığı” adlı əsərlər silsiləsi yarım-şəffaf zərifliyə nail olmaq istəyən pleksiqlas üzərindəki epizodları təsvir edir. Olqa Çernişovanın “Ekranlar” adlı əsərlər silsiləsi onun Rusiyadakı həyatının efemer və tanış anlarının ekranlaşdırılmasıdır. Rəssam onun həyat, assosiasiya oyunları və sosioloji araşdırmalar haqqında poetik düşüncələri ilə bu videoları üst-üstə qoyur.

Fərid Rəsulov “Ətalət” adlı video əsərində Qurban bayramı ərəfəsində ümumi ət kəsmə təcrübəsini ekranlaşdırıb. Lakin, hadisələr videoda əks dövriyyədə cərəyan edir və ət tikələrə kəsilmək yerinə, bütövləşir, birləşir. Bu video bizim qavrayışımızın ətrafında suallar yaradaraq, adi baş verənlərə yeni istiqamət verir. Sərgi daha irimiqyaslı və kəskin mövzuları təqdim etmək məqsədi ilə sadə üsulların istifadəsini vurğulayır. İlkin Hüseynovun “Rəngi xatırlayaraq” foto silsiləsi, rəssamın doğma şəhəri olan Gəncənin gündəlik reallığını əks etdirir. Rəssam fotolarında diqqətə gətirdiyi sərt yaşayış şəraiti əl ilə rənglənib, bu isə öz növbəsində daha yaxşı gələcək üçün ümid qığılcımıdır. Oxşar hiss Koka Ramişvilinin “Çay, kofe və süd" videosunda ifadə olunur, burada simasız baş qəhrəmanlar çıxılmaz dövriyyələrdə ilişmiş mayeləri sonsuza qədər masaların üstünə tökürlər. Video əsərlər məcazi metafora olaraq Gürcüstanın reallıqlarını proqresin onun məqsədindən vaz keçməsi kimi görünür.

Nilbar Güreşin “Qapısı açıq telefon köşkü” silsiləsi rəssamın doğma məskəni olan Şərqi Anadoluda infrastrukturun, o cümlədən telefon xəttlərinin olmamasından və tragikomik yaşayış şəraitindən bəhs edir. Yüksək moda estetikasında çəkilmiş bu fotolar müasir dünyanın və avtomatlaşdırılmış yaşayış şəraitinin uyğunsuzluğunu göstərir. Zamir Süleymanovun “Qərar videosu” İslamı qəbul etmiş dörd məşhur şəxsin gündəlik həyat fraqmentlərindən təşkil olunan rəssamın şəxsi mifologiyasını qurur. Video rəssamın şəxsi subyektivliyi prizmasından digərlərinin dini yanaşma və perspektivləri üzərində delikat şəkildə oynayır. Nevin Aladağın “Beş daş oyunu” rəssamın anasından Cənubi Almaniyada böyüdüyü vaxtda öyrəndiyi qədim Mərkəzi Asiya oyununu təsvir edir. Fotoqrafiya silsiləsi oyunu sənədləşdirərək, ənənə və yaddaş mövzusunu və mədəni identikliyin necə ayinlər vasitəsilə ötürüldüyünü tədqiq edir.

Rəşad Ələkbərovun “Şəbəkə” əsəri qədim vitraj sənəti ilə səsləşən mürəkkəb naxış sənəti olaraq, Azərbaycan memarlığının əsas özəlliklərindən birini araşdırır. O, Azərbaycan mədəniyyətinin incilərindən biri olan şəbəkə sənətini davam etdirərək, onun yeni, ələkeçməz nümunələrini yaradır. Həbib Səhərin “Küləklə yazılmışlar” əsəri zamanın axışını və bizim bu dünyadakı rolumuzu simvolizə edir. Necə ki, Yer səthində heç bir şey bədii qalmır, bizim də yaratdığımız hər şey zamanla yox olub gedəcək.

Oktyabrın 10-dək davam edəcək sərgidə nümayiş olunan əsərlər tamaşaçıların böyük marağına səbəb olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub