MƏDƏNİYYƏT


“YARAT” fotoqrafiya üzrə yay düşərgəsi təşkil edəcək

Bakı, 19 iyul, AZƏRTAC

“YARAT” Müasir İncəsənət Mərkəzi uşaqlar üçün fotoqrafiya sənətinə həsr olunacaq kurslara start verir.

AZƏRTAC xəbər verir ki, tanınmış fotoqraf Elmar Mustafayev tərəfindən keçiriləcək kurs “Fotoqrafiya vasitəsilə öz hekayəni danış” adı altında təşkil ediləcək. Kurs zamanı hər kəs öz şəxsi fotoşəkillər silsiləsini yaradacaq, həmçinin iştirakçılar fotoqrafiyanın əsas iş prosesi, işıqlandırma, fokus, kompozisiya və digər amillər haqqında məlumat ala biləcəklər.

Proqram iştirakçıları “YARAT”da yeni təqdim olunmuş “Qazaxıstan üzərində günəş və neonlar” adlı qrup sərgisi ilə də yaxından tanış olacaqlar.

Sonda mərkəzdə əsərlərin kiçik sərgisi təşkil olunacaq. Kursa yazılmaq üçün “Yay düşərgəsi” qeydi ilə iyulun 25-dək [email protected]  ünvanına müraciət etmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.