MƏDƏNİYYƏT


“YARAT”da interyer dizaynına həsr olunmuş mühazirələr keçirilib

Bakı, 10 fevral, Flora Şükürova, AZƏRTAC

“YARAT” Müasir İncəsənət Mərkəzində “İnteryer dizaynında dünya tendensiyaları. Maison & Objet-2017 sərgisinin nəticələri” mövzusunda mühazirələr dinlənilib.

AZƏRTAC xəbər verir ki, “YARAT FreeStyle” layihəsi çərçivəsində gerçəkləşən mühazirələrdə interyer dizaynın qlobal tendensiyaları, o cümlədən Parisdə keçirilən “Maison & Objet-2017” sərgisi haqqında məruzələr dinlənilib.

Tanınmış ukraynalı dizayner Viktoriya Yakuşanın rəhbərliyi ilə reallaşan mühazirələrdə mövcud rəng və işıq nüansları, dekor və material seçimində diqqət yetirilməli vacib məqamlar, habelə dekor-material uyğunluğundan danışılıb.

Həmçinin mühazirədə ekoloji interyer, təbii materiallardan istifadə, habelə müasir dövrün ən aktual tendensiyası – forma lakonikliyi və faktura zənginliyi haqqında məlumatlar verilib.

Qeyd edək ki, Viktoriya Yakuşa dizayner və memar olmaqla yanaşı, bir çox yaşayış evləri və ictimai binalarda interyerlərin müəllifi, “Yakusha Design” studiyasının rəhbəridir. 2007-ci ildə təsis olunan studiyanın dizaynerlər komandası təkcə Ukrayna deyil, həm də xarici ölkələrdə onlarla uğurlu layihə üzərində çalışırlar. Viktoriyanın üslubu Avropa memarlıq və dizayn anlayışı üzərində qurulub və məhz bu səbəbdən müasir məkanların yaradılması ilə məşğul olur. Viktoriyanın başlıca yanaşması funksionallıq, lakoniklik və fərdilikdir. “Yakusha Design” studiyasının layihələri “İnterYear” və “Architectural Awards” kimi nüfuzlu müsabiqələrdə ən yüksək yerlərə layiq görülüb və layihələrdən biri “Dünyanın 40 ən yaxşı evi” toplusuna daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.