“YARAT”dan yeni layihə - “Müsbət proqressiv valideyn”
Bakı, 21 dekabr, AZƏRTAC
Dekabrın 23-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Müsbət proqressiv valideyn” adlı maarifləndirici təlim keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Ülviyyə Tağızadənin müəllifi olduğu layihə çərçivəsində reallaşacaq tədbir rus dilində təşkil ediləcək. Müəllifin fikrincə, valideynlər təcrübəli olsalar belə, öz biliklərini daim mükəmməlləşdirməlidirlər. Ailələrdə valideynlər və uşaqlar arasında baş verən xırda münaqişələr bəzən ciddiyə alınmadığı təqdirdə sonradan zəncirvari təkrarlanmağa başlayır. Təlim-tərbiyədə səhvlərə yol verilməməsi üçün valideynlər üçün kurslar mövcuddur. Həmin bu kurslar layihənin məğzini təşkil edir.
Qeyd edək ki, 2017-ci ildə Londonda yaranan layihə ABŞ, Böyük Britaniya və Avstraliya kimi ölkələrdə təhsildə uğurla tətbiq olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:27]
Azərbaycanın turizm imkanları Pakistanda təqdim edilib
- 21.09.2026 [15:06]
Ramananın tarixi abidələri vahid turizm marşrutuna daxil ediləcək
- 21.09.2026 [14:11]
Astanada Azərbaycan guşəsi: Paxlavadan Novruz ənənələrinədək VİDEO
- 21.09.2026 [13:50]
Tarixin yeni konsepsiyada təqdimatı: Ramana qəsrinə infotur VİDEO
- 21.09.2026 [13:25]
“18 əsərin sehri”: Azərbaycan musiqisinin inciləri bir səhnədə
- 21.09.2026 [12:15]