SİYASƏT
YENİ AZƏRBAYCAN PARTİYASI ÜZVLƏRİNİN SAYI ARTIR
Yeni Azərbaycan Partiyasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki ilk təşkilatında partiyanın yeni üzvlərinə vəsiqələr verilməsinə həsr olunmuş yığıncaq keçirilmişdir.
Milli Məclisin deputatı Səyyad Aran yığıncaqda çıxış edərək bildirmişdir ki, bu il ölkənin siyasi həyatında çox mühüm ildir. Payızda keçiriləcək prezident seçkilərində partiyanın bütün üzvləri və ölkə əhalisinin əksəriyyəti ümummilli liderimiz, Azərbaycan Prezidenti Heydər Əliyevə növbəti dəfə səs verəcəklər. O, müxalifətin hakimiyyətə gəlmək ehtimalından danışaraq demişdir ki, vətəndaşlarımız onların hakimiyyətdə olduqları qısa müddətdə Azərbaycanda anarxiyanın və özbaşınalığın hökm sürdüyünü yaxşı xatırlayırlar.
Çıxış edənlər bir sıra təşkilatların 2003-cü ili “Heydər Əliyev ili” elan etmək təklifini dəstəklədiklərini bildirmişlər.
Yığıncağın sonunda YAP-ın yeni üzvlərinə vəsiqələr təqdim olunmuşdur.