İQTİSADİYYAT
YENİ AZƏRBAYCAN PARTİYASI XOCALI SOYQIRIMI İLƏ ƏLAQƏDAR MƏKTUB GÖNDƏRMİŞDİR
Məktubda qeyd olunur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xankəndidə yerləşən keçmiş Sovet İttifaqına məxsus 366-cı motoatıcı alayın köməyi ilə Xocalı şəhərinə hücum edərək, dinc əhaliyə amansızcasına divan tutmuşdur. Yerlə-yeksan edilən Xocalı şəhərində 613 nəfər qətlə yetirilmişdir. Onların 56-sı xüsusi qəddarlıqla öldürülmüşdür. Qətlə yetirilənlərdən 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq olmuşdur. Qanlı faciədə şəhərin 100 nəfərdən çox sakini yaralanmış və şikəst edilmiş, 1275 nəfər girov götürülmüşdür. Girovların 700 nəfəri hələ də erməni əsirliyindədir.
Məktubda daha sonra qeyd olunur ki, beynəlxalq ictimaiyyətin bu hadisəyə vaxtında hüquqi və siyasi qiymət verməməsi təcavüzkarı daha da azğınlaşdırmış, nəticədə, Ermənistan Azərbaycanın, Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla, ərazisinin 20 faizini işğal etmiş, 1 milyondan artıq Azərbaycan vətəndaşı doğma torpaqlarından didərgin salınmışdır.
Nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinə ünvanlanmış məkubda daha sonra bildirilir ki, beynəlxalq qurumlar və dünya ictimaiyyəti terrorçuluğu və millətçilik ideologiyasını dövlət siyasəti səviyyəsinə qaldırmış təcavüzkar Ermənistandan Azərbaycana qarşı həyata keçirdiyi və bu gün də davam edən işğalına son qoymasını tələb etməlidir.