ELM VƏ TƏHSİL
YENİ DƏRS VƏSAİTİNİN TƏQDİMAT MƏRASİMİ OLMUŞDUR
Akademiyanın rektoru, professor Seyfəddin Qəndilov mərasimi açaraq bildirmişdir ki, Hadı Rəcəblinin bu kitabı ali məktəblərdə beynəlxalq münasibətlər, beynəlxalq hüquq, beynəlxalq jurnalistika, beynəlxalq iqtisadi əlaqələr və digər ixtisaslar üzrə təhsil alanlar üçün nəzərdə tutulmuşdur.
Siyasi elmlər namizədi Elçin Əhmədov, BMT-nin rezident əlaqələndiricisi Marko Borsotti, Milli Məclisin komissiya sədrləri Eldar İbrahimov, Şahlar Əsgərov, Səttar Səfərov və başqaları çıxış etmişlər.
Qeyd olunmuşdur ki, Azərbaycan müstəqilliyini qazandıqdan sonra ilk növbədə, beynəlxalq münasibətlərdə öz mövqeyini möhkəmləndirməyə səy göstərmişdir. Bu işdə ümummilli liderimiz Heydər Əliyevin xüsusi rolu olmuşdur. Onun həyata keçirdiyi siyasət beynəlxalq təşkilatların, eləcə də BMT-nin diqqətindən kənarda qalmamış və layiqincə qiymətləndirilmişdir.
“BMT-nin ixtisaslaşmış qurumları” kitabında bu haqda ətraflı məlumat verilmiş, bir sıra qurumlar tərəfindən Azərbaycanda həyata keçirilən layihələrə, göstərilən yardımlara geniş yer ayrılmışdır.
Kitabın elmi redaktoru tarix elmləri doktoru Əli Həsənovdur.