REGİONLAR
YENİ PAMBIQ SORTLARININ SINAQ TƏCRÜBƏSİ APARILIR
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı Kürdəmir Regional Aqrar Elm Mərkəzində işlərin yenidən qurulmasına, mərkəzin fəaliyyətinin canlandırılmasına güclü təkan vermişdir.
Mərkəzdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, inzibati binada elmi işlər aparmaq üçün lazımi şərait yaradılmış, Yaponiya qrantı hesabına xaricdə istehsal olunmuş “M-135” markalı şum traktoru, çiləyici aqreqatlar alınmışdır.
Rayonlaşdırılmış “Gəncə-2” , “Gəncə-8” və “AZNİXİ-195”, eləcə də İsraildən gətirilmiş “Gedera-19”, “Gedera-236”, Türkiyədən gətirilmiş “Ağqızıl” və “Miraj” pambıq sortlarının 20 hektar sahədə sınaq təcrübəsi müsbət nəticələr verir.
Qabaqcıl təcrübə məktəbi yaratmaq, yeni məhsuldar sortlar yetişdirmək, mütəxəssislərin və fermerlərin təcrübə mübadiləsini təşkil etmək sahəsində də tədbirlər görülür.