İQTİSADİYYAT
YENİ RABİTƏ OBYEKTLƏR İSTİFADƏYƏ VERİLMİŞDİR
Rabitə Nazirliyi Müstəqillik günü münasibətilə yeni rabitə obyektlərini əhalinin istifadəsinə vermişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a demişlər ki, “Teleradio” İstehsalat Birliyinin əməkdaşları tərəfindən AzTV-1 və “Respublika” radio proqramlarının yayım keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə İsmayıllı rayonunun Sərdahar və Qusarın Yuxarı Tahircal kəndlərində proqramları peykdən qəbul edən 15 Vt gücündə televiziya vericiləri quraşdırılmışdır. Bundan əlavə, Gədəbəy rayonunun Nəriman kəndində çıxış gücü 10 Vt, Şamaxının Çaylı-1 kəndində eyni tipli 1 Vt olan peyk qəbullu televiziya vericiləri, Şəkinin Aşağı Göynük kəndində radio proqramının FM diapozonda yayımını həyata keçirən 250 Vt-lıq “Elektronika” tipli verici qurularaq istismara verilmişdir.