İQTİSADİYYAT
“YT Park”da fəaliyyət göstərən “Code Academy” layihəsi üzrə yeni təlimlərə başlanılacaq
Bakı, 5 sentyabr, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Yüksək Texnologiyalar Parkında (“YT Park”) fəaliyyət göstərən “Code Academy” layihəsi üzrə yeni təlimlərə başlanılacaq.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, növbəti təlimlərin təşkili ilə bağlı yaxın vaxtlarda elan veriləcək. Hazırda yeni proqram üzərində iş aparılır.
“Code Academy” informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoru üzrə proqramlaşdırma layihəsidir. Layihənin əsas məqsədi gəncləri texniki biliklərlə təmin etməkdir. “Code Academy”də intensiv tədris və real iş şəraiti ilə, 12 həftə (1 həftə onlayn + 10 həftə intensiv master-klass + 1 həftə karyera planlaşdırma) master-klass dərsləri keçirilir. Həmçinin, iştirakçıların karyera planlaşdırmasına kömək etmək məqsədilə İKT sahəsində təcrübəli şəxslərin həftəlik “workshop”ları təşkil edilir. Proqramın yekununda iştirakçıların informasiya texnologiyaları şirkətlərində görüşləri təşkil olunur.