Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

YUNANISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB KONSTANTİNOS STEFANOPULOSA

Hörmətli cənab Prezident,

Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün Yunanıstan xalqını təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyi naminə daim inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 mart 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin