Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

YUNESKO ÜZRƏ AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ KOMİSSİYASI İLƏ BAĞLI ƏLAVƏ TƏDBİRLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

YUNESKO ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq qərara alıram:

1. “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 21 fevral tarixli 62 nömrəli Sərəncamında (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 3-4, maddə 48) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci bənddə “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Prezidenti” sözləri ilə əvəz edilsin;

1.2. 3-cü və 4-cü bəndlər qüvvədən düşmüş hesab edilsin.

2. “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 21 fevral tarixli 62 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. preambulanın altıncı abzasında “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Prezidenti” sözləri ilə əvəz edilsin;

2.2. “Milli Komissiyanın tərkibi” hissəsinin birinci abzasının birinci cümləsi çıxarılsın və həmin abzasda “xarici işlər naziri” sözləri “Azərbaycan Respublikasının Prezidenti” sözləri ilə əvəz edilsin.

3. YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının aşağıdakı tərkibi müəyyən edilsin:

Komissiyanın sədri

Elmar Məmmədyarov Azərbaycan Respublikasının xarici işlər naziri

Komissiya sədrinin müavinləri

Mahmud Kərimov Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Misir Mərdanov Azərbaycan Respublikasının təhsil naziri

Polad Bülbüloğlu Azərbaycan Respublikasının mədəniyyət naziri

Əli Abbasov Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri

Komissiyanın üzvləri

Hüseynqulu Bağırov Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Əbülfəs Qarayev Azərbaycan Respublikasının gənclər, idman və turizm naziri

Novruz Məmmədov Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Xarici əlaqələr şöbəsinin müdiri

Fatma Abdullazadə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Anar Rzayev Azərbaycan Yazıçılar Birliyinin sədri

Vasif Adıgözəlov Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi

Fərhad Xəlilov Azərbaycan Rəssamlar İttifaqının sədri

Rüstəm İbrahimbəyov Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri

Maqsud İbrahimbəyov Azərbaycan Respublikası Milli Sülh Komitəsinin sədri

Kamal Abdullayev Azərbaycan Mədəniyyət Fondunun sədri

Zərifə Salahova Azərbaycan Kitab Cəmiyyətinin sədri

Çingiz Abdullayev Xalq yazıçısı

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 sentyabr 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin