DÜNYA
YURİ LUJKOV ÜÇÜNCÜ DƏFƏ MOSKVANIN MERİ SEÇİLDİ
Xatırladaq ki, Y.Lujkov Moskvanın meri vəzifəsinə ilk dəfə 1996-cı ilin iyununda seçilmişdir. Həmin seçkilərdə o, səslərin 89,64 faizini toplamışdı. Üç il sonra, 1999-cu ilin dekabrında seçicilərin 69,89 faizi yenə də ona səs vermişdir.
Qüvvədə olan qanunvericilik federasiya subyektlərinin başçılarına iki müddətdən artıq seçilməsini qadağan edir. Lakin 2002-ci ilin iyulunda RF Konstitusiya Məhkəməsi qərar çıxarmışdır ki, region başçılarının hakimiyyətdə olması müddəti “RF subyektlərinin dövlət hakimiyyəti təşkilinin ümumi prinsipləri haqqında” qanunun 1999-cu ilin oktyabrından qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır.
V.Qorbunov demişdir ki, paytaxt merinin seçkilərində qeydiyyata alınmış 6 milyon 888 min seçicinin 57 faizi iştirak etmişdir. Seçkilərin rəsmi nəticələri dekabrın 10-da açıqlanacaqdır.