CƏMİYYƏT


Yağan intensiv yağışlar nəticəsində bəzi çaylarda sululuq artıb

Bakı, 12 may, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi mayın 11-i gündüzdən 12-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv olub, güclü şimal-qərb küləyi əsib, küləyin sürəti Abşeron yarımadasında və bəzi rayonlarda arabir 23-30 m/s-dək güclənib. Yağan intensiv yağış nəticəsində Kişçay, Şinçay, Kürmükçay və Baş Daşağıl çaylarında sululuq artıb.

Departamentdən AZƏRTAC-a bildirilib ki, yağışın miqdarı Bakıda və Abşeron yarımadasında 1-5, Böyük Qafqazda 1-17, dağlıq və dağətəyi rayonlarda 23-52, Naxçıvan MR-də 1-7, Mərkəzi Aran rayonlarında 1-5, Kiçik Qafqazda 9-11, Qazax-Gəncə zonasında 1-9 millimetr olub. Köşklü, Aşıqlı, Çaykənd, Quşçu kəndlərinə isə dolu düşüb. Dolunun miqdarı Göygöl rayonunda 13, Zurnabad kəndində (Göygöl) 18, Daşkəsən rayonunun Zağalı Göl kəndinə 12 millimetr təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.