İDMAN


“Yagelloniya”-“Qəbələ” oyununun hakimləri müəyyənləşib

Bakı, 17 iyul, AZƏRTAC

“Qəbələ” futbol klubunun UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində keçirəcəyi cavab oyununun hakimləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, iyulun 20-də Polşada “Yagelloniya” klubu ilə keçiriləcək görüşü rumıniyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Sebastyan Koltesku olacaq. Ona həmyerliləri Radu Adrian Stefan Ginquleaç və Vladimir Urzika kömək edəcəklər. Dördüncü hakim funksiyasını George Katalin Qaman yerinə yetirəcək.

Matçın UEFA nümayəndəsi belçikalı Jan Pol Mievis, hakim-inspektoru isə Qoran Mihalyeviç (Monteneqro) olacaq.

“Yagelloniya”-“Qəbələ” oyunu Belostok şəhər stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Komandalar arasında Bakıda təşkil olunan ilk oyun 1:1 hesabı ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.