REGİONLAR


Yağış Xaçmazın və Qubanın gilas bağlarına ciddi ziyan vurub VİDEO

Xaçmaz, 26 iyun, Elxan Yusifli, AZƏRTAC

Şimal bölgəsinə iyun ayı ərzində yağan güclü yağış nəticəsində Xaçmaz və Qubanın gilas bağlarına ciddi ziyan dəyib.

AZƏRTAC xəbər verir ki, ölkəmizdən xaricə ixrac olunan əsas kənd təsərrüfatı məhsullarından sayılan meyvənin bir hissəsi yağışın təsirindən ağaclarda xarab olub.

Xaçmaz rayonunun Müzəffəroba kəndindən olan təsərrüfatçı İlham Kərimov bildirir ki, ardıcıl yağan güclü yağış həm yığımı gecikdirib, həm də məhsulun xarab olması ilə nəticələnib. Bağ sahibinin sözlərinə görə, ağacdakı məhsulun 40-50 faizi zay olub. Yağıntının təsirindən çatlayan meyvədə artıq çürümə prosesi getdiyindən həmin məhsulu emal müəssisələrinə də təhvil vermək mümkün deyil.

Hazırda gilas yığımının qızğın çağıdır. Xaçmaz rayonunda gilasın “Krım”, “Napoleon” və “Romanovka” sortları yığılır. Məhsul topdansatış qiymətinə birbaşa bağda satılır. Qiymətlər gilasın növünə və keyfiyyətinə görə dəyişir. Ən ucuz gilasın bir kiloqramı alıcılara 1.20 qəpiyə, seçilmiş məhsul isə 3-4 manata təklif olunur.

Şimal bölgəsində yetişdirilən gilas yerli bazarlara çıxarılmaqla yanaşı, qonşu Rusiya Federasiyasının satış mərkəzlərinə də göndərilir.

Son illər Xaçmaz və Qubanın bir sıra kəndlərində gilas bağlarının sahəsi xeyli artıb və bu meyvənin satışından əldə olunan vəsait əhalinin əsas gəlir mənbələrindən sayılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.