CƏMİYYƏT
Yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycanda aprelin 29-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 9-12° isti, gündüz 14-19° isti, Bakıda gecə 9-11° isti, gündüz 17-19° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.
Sinoptiklərin verdiyi tibbi-meteoroloji proqnoza əsasən, mayın 1-dək Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gün ərzində ayrı-ayrı yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 8-13° isti, gündüz 19-24° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gün ərzində ayrı-ayrı yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 4-9° isti, gündüz 16-21° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində ayrı-ayrı yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin gün ərzində ayrı-ayrı yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 6-11° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində ayrı-ayrı yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. İntensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin gün ərzində ayrı-ayrı yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. İntensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 8-13° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Lakin gün ərzində ayrı-ayrı yerlərdə arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 9-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.