İQTİSADİYYAT
Yağışlı hava ilə əlaqədar bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilib VİDEO
Bakı, 17 oktyabr, Elvin Camalov, AZƏRTAC
Bakıda yağışlı hava səbəbindən Ziya Bünyadov prospektinin bağlanması ilə əlaqədar bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova deyib.
Z.Bünyadov prospektinin bağlanması ilə əlaqədar metronun “20 Yanvar” və Qələbə dairəsindən metronun “Koroğlu” stansiyası istiqamətində hərəkət edən bütün marşrut avtobuslarının hərəkət trayektoriyasında dəyişiklik edilib. Səbəb sərnişinlərin tıxacda qalmasının qarşısını almaqdan ibarətdir.
Qeyd edək ki, Bakıya yağan aramsız yağışlar nəticəsində Ziya Bünyadov prospektində tunellər su ilə dolub. Bu səbəbdən də prospektin böyük bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.