CƏMİYYƏT
Yağışlı hava şəraiti ilə əlaqədar ötən gün Bakıda 22 yol-nəqliyyat hadisəsi baş verib
Bakı, 18 oktyabr, AZƏRTAC
Yağışlı hava şəraiti ilə əlaqədar ötən gün Bakıda 22 yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, qəzalar əsasən sürücülərin yol və meteoroloji şəraiti nəzərə almamaları səbəbindən baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb, avtomobillərə cüzi maddi ziyan dəyib. Qəzalar əsasən, maneəyə çırpılma və toqquşmalardır. Bundan əlavə, yüngül xəsarətlə nəticələnən bir yol-nəqliyyat hadisəsi də qeyd alınıb.
Vaqif Əsədov deyib ki, qeyri-sabit hava şəraitində texniki cəhətdən saz vəziyyətdə olan avtomobillər idarə edilməlidir. Avtomobillərin sürəti minimuma endirilməli, ara məsafəsi gözlənilməli, nəqliyyat vasitəsinin təkərləri, şüşəsilənləri, duman faraları, işıq cihazları saz vəziyyətdə olmalıdır.